Türkiyənin Sinop şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinopun Boyabat rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.
Yaralılar Sinop Atatürk Dövlət Xəstəxanasına və Boyabat Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
