Məzmuna keç

Bursada köhnə binada güclü yanğın olub

Türkiyənin Bursa şəhərində köhnə binada yanğnın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursanın Osmanqazi rayonunda yerləşən 2 mərtəbəli köhnə binada naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım qrupu cəlb edilib.

Yanğın ətrafdakı tikililərə keçmədən söndürülüb.

Yanğından sonra binanın bir hissəsi uçub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə