Məzmuna keç

Türkiyədə PKK/KCK əməliyyatı: 19 nəfər saxlanılıb

Türkiyənin Van şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, terror təşkilatının fəaliyyətinin ifşası və qarşısının alınması məqsədilə aparılan istintaq çərçivəsində 28 iyul-4 avqust tarixləri arasında əməliyyat keçirilib.

Əməliyyat zamanı 19 şübhəli saxlanılıb.

Şübhəlilərlə bağlı həbs qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə