Məzmuna keç

Yunanıstana qaçmaq istəyən terrorçu saxlanılıb

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən PKK terror təşkilatının üzvü tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən qadağa olunmuş hərbi zonada keçirilən əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana getməyə cəhd edən 1 nəfər yaxalanıb.

Saxlanılan terrorçunun axtarışda olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə