Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 16.43-də ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində, yerin 30 kilometr dərinliyində baş verib.
Yaponiya hökuməti sunami barədə əhaliyə xəbərdarlıq edib.
Dağıntı və tələfat barəsində məlumat verilməyib.
Şəbnəm Mehdizadə
