Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 30 miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində 30 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Jandarma Komandanlığı məlumat yayıb.

Məlumata görə, Komandanlığın əməkdaşları Ədirnənin Uzunköprü və Meriç rayonlarında qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə əməliyyat keçirib.

Əməliyyat zamanı 30 qeyri-qanuni miqrant yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə