Məzmuna keç

Yaponiyada baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb –

Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

“Bütün bölgələr üçün sunami təhlükəsi aradan qaldırılıb. Buna qədər qeydə alınan dalğaların hündürlüyü 20 sm-dən 80 sm-ə qədər olub”, – məlumatda bildirilir.

Qeyd olunur ki, son illər yaponiyalı seysmoloqları ölkənin əsas adası olan Honsünün mərkəzi hissəsindən cənub-şərqdə yerləşən Nankay çökəkliyində zəlzələ olması ehtimalı ciddi narahat edir. Çünki burada təxminən 100-200 ildə bir dəfə 8 bal gücündə zəlzələlər baş verir.

Alimlərin fikrincə, yaxın 30 il ərzində 8 və ya 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 70-80 % təşkil edir. Bu halda ölkənin əhəmiyyətli hissəsi əziyyət çəkəcək, onun Sakit okean sahillərinə isə hündürlüyü 30 m-dən çox olan sunami gələ bilər.

***

Yaponiyanın Kyuşu adası sahillərində baş verən güclü zəlzələdən sonra hündürlüyü bir metr olan sunami ölkənin Miyazaki prefekturasının sahillərinə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Xatırladaq ki, avqustun 8-də Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında 7,1 maqnitudalı zəlzələ olub.