Məzmuna keç

Çanaqqalada 48 qanunsuz miqrant xilas edilib

Türkiyənin Çanaqqala şəhərində 48 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, Çanaqqalanın Ayvacık sahillərində qanunsuz miqrantların olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə Komandanlığının əməkdaşları cəlb edilib.

Bölgəyə göndərilən qruplar rezin qayıqda olan 33 qeyri-qanuni miqrantı xilas edərək sahilöə çıxarıb.

Həmin ərazidə mühərriki xarab olan digər bir qayıqda isə 15 qeyri-qanuni miqrant xilas edilib.

Miqrantlar Repatriasiya Mərkəzinə təhvil verilib.

Şəbnəm Mehdizadə