Nigerdə yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 94-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niger Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, iyun ayından bəri davam edən leysan yağışlardan 135 min 156 insan zərər çəkib.
Leysan nəticəsində yaranan sel və torpaq sürüşmələrində minlərlə insanın evsiz qalıb.
Qeyd edək ki, Nigerdə yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir.
Ötən il leysan yağışları nəticəsində 41 nəfər ölüb, 53 nəfər xəsarət alıb.
Şəbnəm Mehdizadə
