Məzmuna keç

Nigeriyada sərnişin avtobusuna silahlı hücum: ölənlər və yaralılar var

Nigeriyada sərnişin avtobusuna silahlı hücum olub.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Nigeriyanın Taraba əaylətində naməlum silahlı şəxslər sərnişin avtobusuna silahlı hücum ediblər.

Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə