Türkiyədə 22 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir k, Muğlanın Fethiye sahillərində xilasedici salda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra əraziyə sahil mühafizə gəmisi göndərilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan xilasedici saldakı 22 qanunsuz miqrant Sahil Mühafizə qrupları tərəfindən xilas edilib.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
