Türkiyənin Hakkari vilayətində keçirilən "Gürz-6" əməliyyatı zamanı 3 terrorçu zərərsizləşdirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir terrorçular siyahısında narıncı kateqoriyada olan Hacer Tekin adlı terrorçunun da əməliyyat nəticəsində zərərsizləşdirildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
