Məzmuna keç

“Appro Hospital” cərimələnə bilər

"Appro Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, hospital min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə