Məzmuna keç

“Azpetrol LTD” cərimələnə bilər

"Azpetrol LTD" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Azpetrol LTD” min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə