Türkiyənin Dənizli şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Dənizlinin Çal rayonunda minik avtomobilinin uçurumdan aşması nəticəsində 4 nəfər həyatını itirib.
Qəza yerinə təcili yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
