Məzmuna keç

Suriyada ardıcıl 2 zəlzələ oldu

Suriyada 5,2 və 4,2 bal gücündə iki ardıcıl zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, episentri Suriyanın Həma şəhəri olan zəlzələ Hatayın Yayladağı rayonundan 120 kilometr aralıda baş verib.

3 dəqiqə vaxt fərq ilə baş verən zəlzələlər yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ Türkiyənin Hatay və Qaziantep şəhərlərində də hiss olunub.

Şəbnəm Mehdizadə