"Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi il inzibati protokol tərtib olunub.
Protokola Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Aqrar Tədqiqatlar Mərkəzi” üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin baxış iclası avqustun 27-də keçiriləcək.
Şəbnəm Mehdizadə
