Bərdədə qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Səbuhi Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 2-də keçiriləcək.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Səbuhi Vəliyev şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində qohumu Zəminə Məmmədovanı bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
