Türkiyənin Malatya şəhərində 4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Malatyanın Akçadağ rayonunda yerli vaxtla saat 12.02-də, yerin 10,31 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
