Məzmuna keç

Tanışını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Qaradağda tanışını öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Telman Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Məzahir Bayramov Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 1998-ci il təvəllüdlü İlham Haqverdiyevi öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə