Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Varnavasda baş verən yanğında 146 ev yararsız hala düşüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bölgədə 242 evdən 146-nın istifadəyə yararsız olduğu bildirilib.
Avropa Birliyinin (AB) Copernicus peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, Vrilisiadan Halandriyə yayılan yanğında 104 kvadrat kilometrlik ərazi yanıb.
Afina Milli Rəsədxanası həmçinin Afinanın da daxil olduğu Attiki bölgəsində son 8 ildə 450 kvadrat kilometr meşə sahəsinin yandığını və bunun bölgənin ümumi meşə sahəsinin 37 faizini təşkil etdiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
