Məzmuna keç

Yunanıstana qaçmaq istəyən 2 FETÖ üzvü saxlanılıb

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istəyən 2 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Ədirnə şəhərinin Meriç rayonu yaxınlığındakı əməliyyat keçirib.

Əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan 2 nəfəri saxlanılıb.

Şübhəli şəxslərin FETÖ terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə