Məzmuna keç

Konqoda 570 nəfər meymunçiçəyi virusundan ölüb

Konqo Demokratik Respublikasında 570 nəfər meymunçiçəyi virusundan dünyasını dəyişib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Rocer Kamba məlumat yayıb.

Nazir ilin əvvəlindən 16,700 nəfərin virusa yoluxduğunu söyləyib.

O, yoluxan şəxslərdən 570-nin dünyasını dəyişdiyini vurğulayıb.

Şəbnəm Mehdizadə