Türkiyənin Aydın şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Çine rayonunda sərnişin avtobusu yoldan çıxaraq kanala aşıb.
Hadisə yerinə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
