Məzmuna keç

Türkiyədə yük maşınında 32 qanunsuz miqrant aşkarlanıb

Türkiyənin Kırklareli şəhərində 32 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, Pınarhisar qovşağında polis əməkdaşları yük maşınını saxlayıb.

Polisin əmrinə tabe olmayan sürücü ərazidən uzaqlaşmağa çalışıb.

Yük maşını Dereköydə, Bolqarıstanla sərhəd xəttinə yaxın yerdə saxlanılıb.

Yük maşınının qoşqusunda 32 qanunsuz miqrant aşkarlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Hadisə ilə bağlı sürücü saxlanılıb.

Şəbnəm Mehdizadə