Argentinada yük gəmisi meymunçiçəyi (Mpox) virusuna görə karantinə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Argentinanın Rosario limanı yaxınlığında lövbər salan gəmidə Hindistan vətəndaşı olan ekipaj üzvünün virusa yoluxduğu ehtimal edilir.
Həmin şəxs dərhal digər ekipaj üzvlərindən təcrid edilib.
Karantinə alınan gəminin Braziliyanın Santos şəhərindən yola düşdüyü məlum olub.
Səhiyyə Nazirliyi və Argentina Dəniz Birliyinin birgə məlumatında gəmiyə yalnız tibb işçilərinin daxil ola biləcəyi və sınaq nəticələri alınana qədər bütün heyətin karantində saxlanılacağı bildirilib.
Şəbnəm Mehdizadə
