Məzmuna keç

Aliment verməmək üçün özünə saxta ölüm kağızı düzəltdi

ABŞ-da övladına aliment ödəməmək üçün özünə saxta ölüm kağızı düzəldən şəxs həbs olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kentukki Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Cessi Kipf rəsmi məlumat bazasına qeyri-qanuni yolla daxil olaraq özü barəsində saxta ölüm kağızı hazırlayıb.

Kipf bu addımı aliment ödəməkdən yayınmaq üçün atdığını etiraf edib.

Məhkəmənin qərarı ilə ona 7 il həbs cəzasına verilib.

Şəbnəm Mehdizadə