Məzmuna keç

Belçikada orta məktəblərdə smartfondan istifadə qadağan edilir

Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə şagirdlərin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.

Qadağa 132 min 600 şagirdi əhatə edəcək.

Qeyd edək ki, Belçikada hər məktəbin öz intizam qaydaları var. Bəzi məktəblər hər cür elektron cihazların məktəbə daxil olmasını qadağan edir, digərləri isə buna mane olmur.

Şəbnəm Mehdizadə