Məzmuna keç

Konqoda mindən çox insanda meymunçiçəyi virusu aşkar edilib

Konqo Demokratik Respublikasında (KDR) bir həftə ərzində mindən çox insanda meymunçiçəyi virusu aşkar edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Afrika Birliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) açıqlama yayyıb.

Açıqlamada 3-20 avqust tarixləri arasında mindən çox insanda meymunçiçəyi virusunun aşkar edildiyi qeyd olunub.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, bu ilin əvvəlindən ölkədə 17 mindən çox yoluxma hadisəsi aşkar edilib.

Virusa yoluxanlardan 570 nəfərin dünyasını dəyişdiyi bildirilib.

Şəbnəm Mehdizadə