Məzmuna keç

İstanbulda oteldə yanğın olub

Türkiyənin İstanbul şəhərində 9 mərtəbəli oteldə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu adlı ərazisində yerləşən oteldə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Oteldə qalanlar xilasedicilər tərəfindən təxliyə edilib.

Bir müddət sonra yanğın söndürülüb.

Şəbnəm Mehdizadə