Məzmuna keç

Hindistanda sel və torpaq sürüşmələri nəticəsində 22 nəfər ölüb

Hindistanın şərqindəki Tripura əyalətində sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 22-yə çatıb.

E-huquq.az Press Trust of India (PTI) agentliyinə istinadən xəbər verir ki, yağışlar nəticəsində evlərinə ziyan dəymiş təxminən 65 400 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Tripura əyalətinin rəhbəri Manik Saha torpaq sürüşmələrinin baş verdiyi ərazilərdə 10 nəfərin dağıntılar altında qaldığını bildirib.

Dağıntılar altında qalanların axtarış-xilasetmə tədbirləri davam edir.

Hindistan Meteorologiya İdarəsi (IMD) şiddətli yağışların davam edəcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə