Türkiyənin Kahramanmaraş şəhərində 4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Kahramanmaraşın Göksun rayonunda yerli vaxtla saat 14.59-da, yerin 7,05 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
