Məzmuna keç

Portuqaliyada 5,5 bal gücündə zəlzələ baş verib

Portuqaliyanın paytaxtı Lissabonun cənubunda, Atlantik okeanında 5,5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Portuqaliya Milli Coğrafiya İnstitutu məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla səhər saat 05.11-də, Lissabonun cənubundakı Sines sahillərində 5, yerin 19 kilometr dərinliyində qeydə alınıb.

İlkin məlumata görə, zəlzələ İspaniyanın cənubunda və Mərakeşin şimalında hiss olunub.

Dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə