Məzmuna keç

İtaliyada yağan güclü yağışlar fəsadlar törədib

İtaliyada yağan güclü yağışlar bir sıra fəsadlar törədib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Milanın Malpensa hava limanında terminalların bəzi hissələri su altında qalıb.

Bəzi uçuşlar ləğv edilib.

Varese şəhərində evlər və zirzəmiləri su altında qalıb.

Paylaşılan video görüntülərdə avtomobillərin şüşələrinin sındığı, bəzi binaların damlarının zədələndiyi əks olunub.

Mülki Müdafiə İdarəsi 10 əyalətə bu gün daşqınlarla bağlı xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə