Məzmuna keç

Yunanıstanda meşə yanğınlarının sayı 50 faiz artıb

2024-cü ildə Yunanıstanda meşə yanğınlarının sayı ötən illə müqayisədə 50 faiz artıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias məlumat verib.

Nazir ilin əvvəlindən bu yana 4 min yanğın hadisəsini qeydə alndığını deyib.

Meşə yanğınlarının sayının artmasının birbaşa iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirən nazir yanğınlarla daha tez və effektiv mübarizə aparmaq üçün mühüm islahatların aparıldığını açıqlayıb.

Qeyd edək ki, Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 1 nəfər ölüb, 146 ev yararsız hala düşüb.

Şəbnəm Mehdizadə