Türkiyənin 6 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində təşkilatın gizli hərbi strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Təhlükəsizlik qüvvələri tərəfindən mərkəzi İzmir olmaqla, İstanbul, Hatay, Mersin, Kayseri və Trabzonda müəyyən edilmiş ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə
