Mozambikdə həbsdə saxlanılan 10 iranlı dənizçi azadlığa buraxılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Cənubi Afrikadakı səfirliyi məlumat yayıb.
Məlumatda, dənizçilərin 18 ay əvvəl Mozambik polisi tərəfindən ərazi sularını pozduqları üçün həbs edildiyi bildirilib.
Bəyanatda 10 iranlı dənizçinin uzun hüquqi və diplomatik təşəbbüslərdən sonra azad edilərək ölkəyə qaytarıldığı bildirilib.
Şəbnəm Mehdizadə
