Yaponiyanın Kaqosima bölgəsində yaxınlaşan "Şanşan" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
E-huquq.az NHK dövlət televiziyasına istinadən xəbər verir.
Məlumata görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) qasırğanın sürətinin saatda 250 kilometrə çatdığını açıqlayıb.
Bölgə sakinlərinə güclü küləklə bağlı xəbərdarlıq edilib.
"Toyota Motor" şirkəti ölkə daxilindəki fabriklərində fəaliyyətini dayandırmaq qərarına gəlib. Həmçinin bəzi qatar reysləri ləğv edilib.
Şəbnəm Mehdizadə
