Məzmuna keç

ABŞ-da qidadan bakteriyaya yoluxan 9 nəfər ölüb

ABŞ-ın Boar's Head şirkətinin şirniyyat məhsullarından istifadə edən 57-dən insan xəstəxanaya yerləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mlumat yayıb.

Məlumata görə, şirkətin məhsullarını yeyən 9 nəfər qida zəhərlənməsindən dünyasını dəyişib.

Səhiyyə orqanları tərəfindən aparılan müayinədə şirkətin istehsal etdiyi qida məhsulunda Listeria bakteriyası aşkar edilib.

Şirkət 3 milyon kiloqramdan çox delikates məhsulunu bakteriya riskinə görə geri çağırıb.

Sözügedən şirkətdən verilən açıqlamada geri çağırılan məhsulların hamısının supermarket rəflərindən toplandığı bildirilib.

Şəbnəm Mehdizadə