Məzmuna keç

Yaponiyada “Şanşan” qasırğası ciddi fəsadlar törədib

Yaponiyada “Şanşan” qasırğasının törətdiyi güclü yağış və torpaq sürüşməsi nəticəsində ilkin 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

E-huquq.az "Kyodo News"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Kaqosima, Kumamoto və Miyazaki əyalətlərində bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Bəzi bölgələrdə qatar reyslərin ləğv edilib, yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, qasırğanın sürəti saatda 250 kilometrə çatıb.

Şəbnəm Mehdizadə