Məzmuna keç

Taylandda dağıntılar altında qalan 3 fəhlənin cəsədi tapılıb

Taylandda tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 3 fəhlənin cəsədi tapılıb.

E-huquq.az “Bangkok Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Tayland Dövlət Dəmir Yolları rəisi Ekkarat Sriarayanponq məlumat verib.

Bildirilib ki, Taylandın Nakhon Ratchasima bölgəsində tikilməkdə olan tunelin çökdüyü ərazidə aparılan axtarış-xilasetmə işləri başa çatıb.

Sriarayanponq bildirib ki, ölən işçilərdən ikisi Çindən, biri isə Myanmadandır.

Daxili işlər naziri Anutin Çarnvirakul axtarış-xilasetmə işlərinin 126 saat davam etdiyini qeyd edib.

Şəbnəm Mehdizadə