Məzmuna keç

İraq və Suriyada 17 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə 2 terrorçu öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın Qara, Metina və “Pençe-Kilit” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Menbuci bölgəsində isə PKK/YPG terror qruplaşmasının 2 silahlısını öldürüb.

Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində 2 terrorçu zərərsizləşdirilib.