Türkiyənin Zonquldak şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Zonquldakın Gökçebey rayonunda Trabzona gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.
Qəza nəticəsində 2 sürücü ölüb, 3-ü ağır olmaqla 23 nəfər xəsarət alıb.
Qəzada nəqliyyat vasitələri yararsız hala düşüb.
Hadisə yerinə çoxlu sayda sağlamlıq və təhlükəsizlik qrupları cəlb edilib.
Yaralılar avtomobillərdən çıxarılaraq xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
