Məzmuna keç

Hindistanda yağan güclü yağışlar nəticəsində 19 nəfər ölüb

Hindistanda yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 19-a çatıb.

E-huquq.az "India Today"ə istinadən xəbər verir ki, ölkənin cənubunda Andhra Pradeş və Telanqana əyalətlərində yağan aramsız yağışlar ciddi fəsadlar törədib.

Daşqınlar zamanı itkin düşən 4 nəfərin axtarışları davam edir.

Andhra Pradeş əyalətində yağışlardan zərər çəkmiş 17 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Əyalətdə 140 qatar reysi ləğv edilib, təxminən 6 min sərnişin stansiyalarda qalmalı olub.

Şəbnəm Mehdizadə