Məzmuna keç

Himalay buzlaqlarında 1700-dən çox virus aşkar edilib

Himalay buzlaqlarında tapılan 1700-dən çox virus növü aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Himalay dağlarında Tibet yaylasındakı Quliya buzlaqında aparılan tədqiqatda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkar edi

Bu virusların təxminən 41 min ildir donmuş torpaqda gizləndiyi müəyyən edilib.

Qlobal istiləşmə nəticəsində bu virusların insanlar üçün təhlükə yaratma ehtimalı elm aləmində müzakirə olunmağa başlayıb.

Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur.

Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb.

Mütəxəssislər donmuş torpaqda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildiririrlər.

Şəbnəm Mehdizadə