Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 7 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sivasın Koyulhisar rayonunda fəhlələri daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 7 nəfər xəsarət alıb.

Qəza yerinə təcili yardım və polis qrupları sövq edilib.

Yaralılar Koyulhisar və Suşehri Dövlət Xəstəxanalarına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə