Dominikan Respublikasında yük maşınının bara çırpılması nəticəsində 11 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
E-huquq.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə paytaxt Santo Dominqonun qərbində yerləşən Azua şəhərinin cənubunda baş verib.
Polis sözçüsü Dieqo Pesqueira ölənlərdən birinin polis rəisi olduğunu bildirib.
Pesqueira bildirib ki, yük maşını sürücüsü hadisə yerindən qaçıb və onu tapmaq mümkün olmayıb.
Onun sözlərinə görə, avokado daşıyan yük maşınında olan sərnişin həbs edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
