Türkiyənin Manisa şəhərində 2 avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Manisanın Şehzadeler rayonunda baş verib.
Hadisə yerinə təcili yardım qrupları cəlb olunub.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
