Türkiyənin Çanaqqala şəhərində 21 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, polis Çanaqqalanın Ezine rayonund aəməliyyat keçirib.
Əməliyyat zamanı 2-si Əfqanıstan, 8-i Fələstin və 11-i Suriya vətəndaşı olmaqla ümumilikdə 21 qeyri-qanuni miqrant yaxalanıb.
Həmçinin, əməliyyat zamanı 5 min lirə, 2 nəqliyyat vasitəsi, 1 əl hava nasosu, 8 xilasedici jilet və 6 qundaq ələ keçirilib.
Hadisə ilə bağlı 3 nəfər həbs edilib.
Şəbnəm Mehdizadə
