“Atlas Medical Center” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğu üçün 5 min manat cərimə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.
Klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib.
Qərarından narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılır.
